
Yunanıstan sahil mühafizəsi Krit yaxınlığında təxminən 550 nəfəri xilas edib
Fins.az - Yunanıstan sahil mühafizəsi Krit adası yaxınlığında dənizdə çətin vəziyyətdə qalan təxminən 550 nəfəri son 48 saat ərzində xilas edib.
Məlumata görə, bu barədə Yunanıstan Sahil Mühafizəsinin mətbuat xidməti məlumat yayıb.
Ən böyük xilasetmə əməliyyatı çərşənbə axşamı Kritin cənubunda həyata keçirilib. Həmin əməliyyat zamanı 192 nəfər, o cümlədən 42 azyaşlı sahilə çıxarılıb.
Digər xilas edilən şəxslərin də təhlükəsiz şəkildə müvafiq məntəqələrə çatdırıldığı bildirilir.
Qurum əməliyyatların davam etdirildiyini və dənizdə nəzarətin gücləndirildiyini açıqlayıb.