Yunanıstan dəmir yolu sisteminin modernləşdirilməsinə başlayıb

Yunanıstan dəmir yolu sisteminin modernləşdirilməsinə başlayıb

DÜNYA
354

Fins.az - Yunanıstan hökuməti dəmir yolu infrastrukturunun yenilənməsi üçün genişmiqyaslı proqram həyata keçirir. Layihənin ümumi dəyəri təxminən 308 milyon avro təşkil edir.

Planlara əsasən, 2027-ci ilə qədər 23 yeni qatarın istifadəyə verilməsi nəzərdə tutulur. Onlardan 11-i şəhərətrafı, 12-si isə şəhərlərarası marşrutlarda fəaliyyət göstərəcək. Qatarlar müasir Avropa standartlarına uyğun təhlükəsizlik sistemləri ilə təchiz ediləcək.

Modernləşdirmə çərçivəsində dəmir yolu şəbəkəsində də geniş yenidənqurma işləri aparılır. Xüsusilə Afina–Saloniki dəmir yolu xətti əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Bu xətt həm sərnişin daşımaları, həm də turizm və logistika baxımından ölkə üçün strateji əhəmiyyət daşıyır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yunanıstan dəmir yolu sisteminin modernləşdirilməsinə başlayıb — Fins.az — Fins.az