
Yaxın Şərqdəki münaqişə qlobal neft tədarükündə ciddi itkilərə səbəb olub
Fins.az - Yaxın Şərqdə davam edən münaqişə qlobal xam neft tədarükündə təxminən 1 milyard barel həcmində itkiyə səbəb olub.
Məlumata görə, bu barədə Norveçdə yerləşən “Rystad Energy” müstəqil tədqiqat şirkətinin hesabatında bildirilir.
Hesabatda qeyd olunur ki, ilin sonunadək kumulyativ tədarük itkisi hətta optimist ssenari üzrə 2 milyard barelə qədər arta bilər.
Mütəxəssislər bu vəziyyətin qlobal enerji bazarında qeyri-müəyyənliyi artırdığını və qiymətlərə təsir göstərdiyini bildirirlər.