Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya iqtisadiyyatına təzyiq göstərir

Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya iqtisadiyyatına təzyiq göstərir

DÜNYA
352

Fins.az - Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya bazarında gərginliyi artırıb və xüsusilə neft qiymətlərinə təsir göstərir. ABŞ prezidenti Donald Tramp İran və Rusiyanın neft sənayesinə tətbiq etdiyi sanksiyaları 1 aylıq müddətinə ləğv edib və Hörmüz boğazından keçən neft tankerlərinin ABŞ hərbi donanması tərəfindən müşahidə olunacağını bildirib.

Buna baxmayaraq, bazarda qiymət artımı davam edir. London birjasında “Brent” markalı neftin 1 bareli 109,58 ABŞ dolları təşkil edib; bu, əvvəlki həftə ilə müqayisədə 3% azalma deməkdir. Martın əvvəlində 96–98 dollar civarında olan qiymətlərin ziqzaqvari artım-azalması 100 dollara yaxınlaşması dünya iqtisadiyyatına təsir göstərərək nəqliyyat və enerji xərclərinin, istehsal maya dəyərinin və istehlak mallarının qiymətinin artmasına – inflyasiyaya səbəb olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərqdəki hərbi əməliyyatlar dünya iqtisadiyyatına təzyiq göstərir — Fins.az — Fins.az