
Yaxın Şərqdə gərginlik fonunda qiymətli metallar ucuzlaşır
Fins.az - Yaxın Şərqdə gərginliyin yenidən artması fonunda dünya bazarında qiymətli metalların qiyməti aşağı düşür.
Məlumata görə, Comex birjasında qızılın iyun fyuçersləri 1,5 faiz ucuzlaşaraq bir unsiya üçün 4805,7 dollara enib.
Digər qiymətli metallar da eniş nümayiş etdirib. Gümüşün qiyməti 3 faiz azalaraq 79,35 dollara, platin isə 2,9 faiz ucuzlaşaraq 2080 dollara düşüb.
Qeyd edək ki, ötən həftənin sonunda İranın Hörmüz boğazını mülki gəmilər üçün açdığını açıqlamasından sonra qiymətli metallar bahalaşmışdı. Lakin sonradan boğazın yenidən bağlanması və regionda hərbi gərginliyin artması bazarlarda qiymətlərin geriləməsinə səbəb olub.