Yaxın Şərq böhranı Yunanıstan və Kiprdə turizmə ciddi zərər vurub

Yaxın Şərq böhranı Yunanıstan və Kiprdə turizmə ciddi zərər vurub

DÜNYA
373

Fins.az - Yaxın Şərqdəki böhran yay mövsümünə hazırlaşan Kiprdə turizm sektoruna ciddi ziyan vurub. Martın əvvəllərində ləğv edilmiş rezervasiyaların sayı maksimum həddə çatıb, bəzi günlər üçün isə bütün rezervasiyalar ləğv olunub. Son günlərdə vəziyyət nisbətən yaxşılaşsa da, turist sayındakı azalma hələ də ciddi olaraq qalır.

Yunanıstanın turizm obyektləri də oxşar vəziyyətlə üzləşib. Hər iki ölkəyə əsas turist axını Yaxın Şərq regionundan gəlir və hava əlaqələrinin kəsilməsi turist gəlişini demək olar ki, dayandırıb.

Turizm Yunanıstan və Kiprin büdcəsində əsas yer tutur. Bu sektorda geriləmə ÜDM-in azalmasına və işsizliyin artmasına səbəb olur. Kipr Mərkəzi Bankının proqnozuna görə, Yaxın Şərqdəki qarşıdurma 2 ay davam edərsə, 2026-cı il üçün iqtisadi artım 3 faiz deyil, 2,7 faiz olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaxın Şərq böhranı Yunanıstan və Kiprdə turizmə ciddi zərər vurub — Fins.az — Fins.az