
Yaxın günlərdə səmada C/2025 R3 kometini müşahidə etmək mümkün olacaq
Fins.az - Yaxın günlərdə Günəş doğmadan əvvəl səmada C/2025 R3 kometini müşahidə etmək mümkün olacaq.
Alimlərin məlumatına görə, kometa hazırda ulduzlar arasında seçilən ən parlaq obyektlərdən biridir və onun maksimum parlaqlığı aprelin 13-nə təsadüf edir.
Mütəxəssislər bildirirlər ki, kometa Günəşə yaxınlaşır, lakin ondan on milyonlarla kilometr məsafədən keçəcəyi üçün məhv olmayacaq və periheliondan sonra yenidən müşahidə üçün əlçatan olacaq.
Qeyd olunur ki, C/2025 R3 yaxın aylarda da səmadakı ən parlaq kometalardan biri olaraq qalacaq.