Yaşıllaşdırma səviyyəsinə görə Dortmund dünyada dördüncü yerdədir - WUF13

Yaşıllaşdırma səviyyəsinə görə Dortmund dünyada dördüncü yerdədir - WUF13

DÜNYA
428

Fins.az - Bakıda keçirilən WUF13 çərçivəsində təşkil olunan “Təbiətə uyğun şəhərlərin qurulması: mənzil, dayanıqlılıq və dayanıqlı şəhər gələcəyi” adlı sessiyada Almaniyanın Dortmund şəhərinin nümayəndəsi Arnulf Rıbitski çıxış edib.

O bildirib ki, şəhərlərin inkişafı təbiətlə birgəyaşayış prinsipinə əsaslanmalı və yaşıl infrastruktur bütün şəhərsalma layihələrinə inteqrasiya edilməlidir.

Rıbitskinin sözlərinə görə, Dortmund şəhər ərazisinin 60 faizdən çoxu meşələr, parklar və digər yaşıl zonalardan ibarətdir. O əlavə edib ki, 155-dən çox şəhəri əhatə edən beynəlxalq peyk məlumatlarının təhlilinə əsasən Dortmund yaşıllaşdırma səviyyəsinə görə dünyada dördüncü yerdə qərarlaşıb.

Nümayəndə qeyd edib ki, şəhərdə yaşıl infrastrukturun inkişafı davam etdiriləcək və bu yanaşma gələcək şəhərsalma layihələrinin əsas istiqamətlərindən biri olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaşıllaşdırma səviyyəsinə görə Dortmund dünyada dördüncü yerdədir - WUF13 — Fins.az — Fins.az