
Yaponiyanın mərkəzində 5,8 bal gücündə zəlzələ baş verib
Fins.az - Yaponiyanın mərkəzi hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə ölkənin Milli Meteorologiya Agentliyi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Tokio ilə həmsərhəd olan Çiba prefekturasında yerləşib. Yeraltı təkanların ocağı 50 kilometr dərinlikdə qeydə alınıb.
Hazırda zəlzələ nəticəsində dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib. Həmçinin sunami təhlükəsinin elan olunmadığı bildirilir.
Mütəxəssislər vəziyyəti izləməyə davam edir.