
Yaponiyada işsizlik səviyyəsi son altı ayın maksimumuna yüksəldi
Fins.az - Yaponiyada işsizlik səviyyəsi yanvar ayında 2,7%-ə çataraq 2024-cü ilin iyul ayından bəri ən yüksək həddə yüksəlib. Rəsmi məlumat Yaponiya Daxili İşlər və Rabitə Nazirliyi tərəfindən açıqlanıb.
Bildirilib ki, işsizlik göstəricisi bundan əvvəl beş ay ardıcıl olaraq 2,6% səviyyəsində sabit qalmışdı. Analitiklər isə göstəricidə artım gözləmirdilər.
Statistikaya əsasən, yanvar ayında işsizlərin sayı 60 min nəfər artaraq 1,91 milyon nəfərə çatıb ki, bu da son dörd ilin ən yüksək göstəricisidir. Eyni zamanda, məşğul əhalinin sayı 290 min nəfər azalaraq 68,17 milyon nəfər təşkil edib.
Əmək bazarında tələb və təklif nisbəti də zəifləyib. Belə ki, yanvarda hər 100 iş axtarana 118 vakansiya düşüb. Bu göstərici dekabr ayında 119 olmuşdu. Ekspertlər əmək bazarında bu istiqamətdə də dəyişiklik proqnozlaşdırmırdılar.