Yaponiyada iki tayfun səbəbindən güclü yağışlar gözlənilir

Yaponiyada iki tayfun səbəbindən güclü yağışlar gözlənilir

DÜNYA
127

Fins.az - Yaponiyada Sakit okean sahillərinə doğru hərəkət edən iki tayfun səbəbindən güclü yağışlar və əlverişsiz hava şəraiti proqnozlaşdırılır.

Meteoroloqlar ölkənin cənub-qərb və şərq bölgələrində intensiv yağıntıların müşahidə olunacağını bildirirlər.

Dəmir yolu operatoru JR Central məlumat verib ki, “Mekxala” tayfununun yaxınlaşması ilə əlaqədar şənbə günündən etibarən Tokio ilə Osaka arasında bəzi qatar reysləri ləğv edilə və ya gecikə bilər.

Məlumatlara görə, təhlükəsizlik məqsədilə ToyotaNissan şirkətlərinin bəzi istehsal müəssisələrinin fəaliyyətinin müvəqqəti dayandırılması da planlaşdırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada iki tayfun səbəbindən güclü yağışlar gözlənilir — Fins.az — Fins.az