Yaponiyada H3 raketinin buraxılışı təxirə salınıb

Yaponiyada H3 raketinin buraxılışı təxirə salınıb

DÜNYA
89

Fins.az - Yaponiyanın H3 raketinin iyunun 10-na planlaşdırılan buraxılışı əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Məlumata görə, bu barədə Yaponiya Kosmos Tədqiqatları Agentliyi açıqlama yayıb.

Qurum bildirib ki, yeni buraxılış tarixi hava şəraiti ilə bağlı məlumatlar təhlil edildikdən sonra müəyyən olunacaq.

Buraxılış Yaponiyanın Kaqoşima prefekturasında yerləşən Taneqaşima Kosmik Mərkəzində həyata keçirilməlidir.

H3 raketi Yaponiyanın yeni nəsil əsas daşıyıcı raketi hesab olunur və ölkənin kosmik proqramında mühüm yer tutur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiyada H3 raketinin buraxılışı təxirə salınıb — Fins.az — Fins.az