
Yaponiyada baza inflyasiya yüksəlir
Yaponiyada qeyri-ərzaq əsas inflyasiya göstəricisi iyun ayında artıb.
"Fins.az" xəbər verir ki, başlıq inflyasiya məlumatları isə məhdud da olsa geriləyib.
Yaponiyada kritik inflyasiya göstəricisi iyun ayında yüksələrək Yaponiya Bankına yeni bir təzyiq göstərib.
İyun ayında ərzaq xaric istehlak qiymətləri illik müqayisədə 2,2 faiz artıb. May ayında bu nisbət yüzdə 2,1 olaraq qeyd edildi. Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu iyunda illik 2,2 faiz artım olub.
Enerji və qida məhsulları istisna olmaqla, eyni dövrdə inflyasiya 0,9% gözləntisini aşaraq yüzdə 1-ə yüksəldi.Başlıq inflyasiyası 2,4 faizə düşüb.