Yaponiya yenin dəstəklənməsi üçün bazara təxminən 30 milyard dollar yönəldə bilər

Yaponiya yenin dəstəklənməsi üçün bazara təxminən 30 milyard dollar yönəldə bilər

DÜNYA
218

Fins.az - Yaponiya hökumətinin milli valyuta olan yenin məzənnəsini dəstəkləmək məqsədilə valyuta bazarına təxminən 30 milyard dollar həcmində müdaxilə etdiyi ehtimal olunur.

Məlumatlara görə, bu məqsədlə təxminən 4,68 trilyon yen istifadə edilib. Analitiklər yenin son günlərdə sürətli möhkəmlənməsinin bazarda qeyri-adi aktivliyin göstəricisi ola biləcəyini bildirirlər.

Bundan əvvəl, aprelin sonunda da Yaponiya hakimiyyətinin təxminən 34,5 milyard dollar həcmində intervensiya həyata keçirdiyi qeyd olunmuşdu.

Bloomberg və Goldman Sachs analitiklərinin qiymətləndirməsinə görə, Yaponiya hakimiyyətinin oxşar həcmdə əlavə müdaxilələr etmək üçün kifayət qədər resursu qalır. Bununla belə, gələcək addımların daha çox hədəfli və məhdud formada həyata keçiriləcəyi gözlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...