Yaponiya strateji neft ehtiyatlarını satışa çıxarıb

Yaponiya strateji neft ehtiyatlarını satışa çıxarıb

DÜNYA
284

Fins.az - Yaponiya hökuməti ölkənin strateji neft ehtiyatlarının bir hissəsini bazara çıxarmağa başlayıb. Bu addım regionda davam edən gərginlik və neft qiymətlərindəki dalğalanmalar fonunda atılıb.

Baş nazir Sanao Takaiti əvvəllər ölkənin 45 günlük istehlakına bərabər neft həcminin bazara çıxarılacağını açıqlayıb. İlk mərhələdə 15 günlük istehlaka hesablanmış özəl ehtiyatlar satışa çıxarılacaq.

Mart ayının sonuna qədər dövlət ehtiyatlarının realizasiyasına başlanacaq ki, bu da ölkənin bir aylıq tələbatını qarşılaya biləcək. Satışlar topdan alıcılara nisbətən aşağı qiymətlərlə həyata keçiriləcək, qiymətlər isə ABŞ və İsrailin İran üzərinə hərbi əməliyyatlarına qədərki səviyyəyə uyğun tənzimlənəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya strateji neft ehtiyatlarını satışa çıxarıb — Fins.az — Fins.az