Yaponiya strateji neft ehtiyatlarından istifadəsini genişləndirir

Yaponiya strateji neft ehtiyatlarından istifadəsini genişləndirir

DÜNYA
365

Fins.az - Yaponiya hökuməti strateji ehtiyatlarından 20 günlük tədarük həcmi qədər neft çıxarılmasını nəzərdən keçirir. Bu addımın may ayında həyata keçirilə biləcəyi bildirilir.

Tokio artıq mart ayının ortalarından etibarən ehtiyatlarından təxminən 45 günlük daxili tələbatı ödəmək üçün istifadə etməyə başlayıb. Hökumət Hörmüz boğazının blokadasının bir müddət davam edə biləcəyi ehtimalını nəzərə alaraq bu prosesi may ayında da davam etdirmək niyyətindədir.

Rəsmi qurumlar hesab edir ki, mövcud strateji ehtiyatlar sayəsində ölkənin daxili neft tələbatını ən azı 2026-cı ilin sonunadək tam şəkildə qarşılamaq mümkündür. Eyni zamanda, İran ətrafında gərginliyin artması və Körfəz regionunda daşımaların məhdudlaşması fonunda Yaponiya alternativ enerji mənbələri axtarışını davam etdirir.

Qeyd edək ki, ölkənin enerji idxalının təxminən 95 faizi Yaxın Şərq regionu ilə bağlıdır və bu tədarükün mühüm hissəsi Hörmüz boğazından keçir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yaponiya strateji neft ehtiyatlarından istifadəsini genişləndirir — Fins.az — Fins.az