Yanacaq çatışmazlığı Avropada turizm mövsümünü risk altına salır

Yanacaq çatışmazlığı Avropada turizm mövsümünü risk altına salır

DÜNYA
340

Fins.az - Avropada aviasiya yanacağının çatışmazlığı yay turizm mövsümünə ciddi təsir göstərə bilər.

Məlumata görə, İran ətrafındakı gərginlik və əsas təchizat marşrutu olan Hörmüz boğazının bağlanması səbəbindən Avropa hava limanlarında yanacaq ehtiyatları sürətlə azalır.

“ACI Europe” Hava Limanları Assosiasiyası bildirir ki, vəziyyət üç həftə ərzində normallaşmasa, bu, hava nəqliyyatına və ümumi iqtisadi fəaliyyətə ciddi zərər vura bilər.

Problemi daha da dərinləşdirən amillərdən biri hərbi təyyarələrin yanacaq istehlakının artmasıdır. Eyni zamanda, aviasiya yanacağının qiymətləri kəskin yüksəlib və beynəlxalq qiymətləndirmələrə görə, ötən illə müqayisədə təxminən iki dəfə artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yanacaq çatışmazlığı Avropada turizm mövsümünü risk altına salır — Fins.az — Fins.az