“Yahoo” rəqəmsal reklam şirkəti “Taboola”nın 25 %-ini alır

“Yahoo” rəqəmsal reklam şirkəti “Taboola”nın 25 %-ini alır

DÜNYA
552

ABŞ-ın internet nəhəngi “Yahoo” rəqəmsal reklam şirkəti “Taboola”nın 25 faizini satın alır.

Bu satınalma müqabilində Taboola 30 illik kommersiya müqaviləsi əsasında Yahoo-nun yerli reklam tərəfdaşı olur. "Biz rəqəmsal reklamın gücünə inanırıq və bu tərəfdaşlıq hər iki şirkətə bazarda müxtəlif xidmətlər təklif etməyə imkan verir" deyə  Yahoo prezidenti Ceyms Lanzone.

ABŞ-ın axtarış sistemi, e-poçt və IT şirkəti Yahoo reklam şirkəti Taboola-nın yüzdə 25-ni satın aldı.

Rəqəmsal reklamın gücünü arxasına almaq istəyən internet nəhəngi Yahoo, bu satınalma ilə Taboola-dan rəqəmsal reklam işində 30 illik xidmət alacaq. Yahoo-nun prezidenti və baş direktoru Ceyms Lanzone, “Biz rəqəmsal reklamın gələcəyinə çox inanırıq” dedi. Taboola ilə əməkdaşlıq Yahoo-ya yerli təklifləri daha da inkişaf etdirməyə imkan verir. Bu əməkdaşlıq həm də Yahoo və Taboolaya bazarda fərqlənməyə davam etməyə imkan verir.” -deyə bildirib.

Hazırda Taboola 9000 nəşriyyatla əməkdaşlıq edir və hər gün 500 milyon istifadəçiyə çatır. Bu yeni sövdələşmə ilə Taboola bütün rəqəmsal obyektlərdə yerli reklam üçün Yahoo-nun eksklüziv partnyoru olur. Yahoo hazırda təxminən 900 milyon aylıq aktiv istifadəçiyə sahib olduğu üçün bu, Taboola üçün əhəmiyyətli bir razılaşmadır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Yahoo” rəqəmsal reklam şirkəti “Taboola”nın 25 %-ini alır — Fins.az — Fins.az