“Xiaomi” yeni smartfonun dizaynını təqdim edib

“Xiaomi” yeni smartfonun dizaynını təqdim edib

DÜNYA
977

Yeni Xiaomi flaqman smartfonu  Mi 10 13 fevralda çin auditoriyasına onlayn şəkildə, ayın 23-ü isə Barselonada keçiriləcək Ümumdünya mobil konqresində dünyaya təqdim olunacaq. Bu barədə Weibo sosial şəbəkəsi məlumat verib.

Şirkət sosial şəbəkədə  yeni smartfonun dizaynını da yayımlayıb. O, Mi Note 10-u xatırladır: əyri kənarlı ekran, şaquli istiqamətdə çıxıntılı üç və ayrıca bir arxa kamerası var. Ön kamerası isə sol yuxarı kənarda ekranda yerləşdirilib.

Mi 10 ən son Qualcomm Snapdragon 865 prosessoru ilə təchiz edilib və 5G şəbəkəsini dəstəkləyir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Xiaomi” yeni smartfonun dizaynını təqdim edib — Fins.az — Fins.az