
Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ baş verib
Fins.az - Xəzər dənizində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 07:47-də baş verən yeraltı təkanların maqnitudası 3,3 olub.
Zəlzələnin ocağı 32 kilometr dərinlikdə yerləşib. Məlumata əsasən, hadisə ilə bağlı dağıntı və ya xəsarət barədə məlumat qeydə alınmayıb.