
Xəzər dənizində 3,3 bal gücündə zəlzələ baş verib
Fins.az - Xəzər dənizində 3,3 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 02:17-də qeydə alınıb. Zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, aprelin 8-də də Xəzər dənizində bir neçə zəlzələ baş vermişdi. Həmin gün qeydə alınan ən güclü yeraltı təkanın maqnitudası 5,3 olub.