Xersonda qrivna dövriyyədən çıxarılır

Xersonda qrivna dövriyyədən çıxarılır

DÜNYA
813

Hazırda Rusiya ordusunun nəzarəti altında olan Xerson vilayətində Ukrayna qrivnası dövriyyədən çıxarılacaq.

Fins.az xəbər verir ki, bu barədə məlumatı vilayətin hərbi-mülki administrasiyasının rəhbərinin müavini Kirill Stremousov açıqlayıb.

“Xerson vilayətində qrivna tədricən dövriyyədən çıxarılacaq və vilayətdə yalnızca rubldan istifadə olunacaq”, - deyə Stremousov söyləyib. 

Xatırladaq ki, Rusiya ordusu martın 15-i Ukraynadakı müharibə zamanı Xerson vilayətinə nəzarəti ələ keçirib. Mayın 31-i isə vilayətdə rubl dövriyyəyə buraxılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xersonda qrivna dövriyyədən çıxarılır — Fins.az — Fins.az