Whatsapp yenilənir- hansı yeni funksiyalar olacaq?

Whatsapp yenilənir- hansı yeni funksiyalar olacaq?

DÜNYA
868

 Whatsapp messenceri yaxın zamanda yeni funksiyalara sahib olacaq. Yenilənmiş Whatsapp-ın əsas özəlliyi ondan ibarət olacaq ki, istifadəçi öz messencer hesabını 4 fərqli cihazda istifadə edə biləcək. Bu barədə Wabetainfo saytı xəbər verib. Məlumata əsasən messencerin Android üçün olan versiyasında “Linked Devices” adlı yeni interfeys olacaq.

    Onun vasitəsilə bir Whatsapp hesabına 4 müxtəlif cihazı və ya kompüteri birləşdirmək mümkün olacaq. Bundan əlavə olaraq tərtibatçılar mesajlarda axtarış sisteminin təkmilləşdirilməsi ilə də məşğul olurlar. Belə ki, mesajlarda axtarışı müxtəlif kateqoriyalar (fotolar, videolar, linklər, GIF fayllar, audiolar və sənədlər) üzrə filtrləmək mümkün olacaq. Hər iki funksiya hazırlanma mərhələsində olduğu üçün hələ aktiv deyillər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Whatsapp yenilənir- hansı yeni funksiyalar olacaq? — Fins.az — Fins.az