
WhatsApp avatarlardan imtina edir
Fins.az - WhatsApp istifadəçilərin xarici görünüşü əsasında yaradılan üçölçülü avatar funksiyasını mərhələli şəkildə ləğv etməyə başlayıb.
Məlumata görə, ilkin mərhələdə avatarların redaktə edilməsi imkanı deaktiv ediləcək, daha sonra isə bu funksiya tətbiqdən tamamilə çıxarılacaq. Artıq bəzi istifadəçilər bu dəyişikliklə bağlı bildirişlər almağa başlayıblar.
Avatar funksiyası əvvəllər Meta şirkətinin “metaverse” strategiyası çərçivəsində tətbiq olunmuşdu. Bu istiqamət Mark Zuckerberg tərəfindən aktiv şəkildə təşviq edilirdi.
Hazırda isə şirkətin prioritetlərində dəyişiklik müşahidə olunur və bu da WhatsApp daxil olmaqla bir sıra platformalarda avatar funksiyasının ləğvinə gətirib çıxarır.