
Vuçiç: Serbiya enerji müstəqilliyini təmin etməlidir
Fins.az - Serbiya Prezidenti Aleksandar Vuçiç ölkəsinin enerji müstəqilliyinin təmin edilməsinin əsas prioritetlərdən biri olduğunu bildirib.
Belqradda tərəfdarlarının keçirdiyi mitinqdə çıxış edən dövlət başçısı Serbiyanın iqtisadi inkişafını sürətləndirməsinin vacibliyini vurğulayıb.
Vuçiç qeyd edib ki, avqust ayından etibarən ölkədə robot istehsalına başlanılacaq. O, həmçinin məlumat emalı mərkəzlərinin yaradılmasının və enerji sisteminin təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Prezidentin sözlərinə görə, bu məqsədlə qaz infrastrukturu, su elektrik stansiyaları və atom elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.