
Vitkoff və Kuşner nüvə mütəxəssisləri ilə məsləhətləşmələr aparıblar
Fins.az - ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff və Cared Kuşner İranla bağlı danışıqlar fonunda Tennessi ştatında yerləşən Oak Ridc Milli Laboratoriyasında nüvə mütəxəssisləri ilə görüş keçiriblər.
Məlumata görə, görüş çərçivəsində nüvə texnologiyaları və mümkün razılaşmaların texniki tərəfləri müzakirə olunub.
Bununla belə, ekspertlər qeyd edirlər ki, məsləhətləşmələrin keçirilməsi Vaşinqton və Tehran arasında yekun razılaşmanın əldə olunacağı anlamına gəlmir.
Analitiklərin fikrincə, bu addım danışıqların daha ciddi mərhələyə keçdiyini və tərəflərin müxtəlif ssenarilərə hazırlaşdığını göstərir.