
Venesuelada zəlzələ qurbanlarının sayı 4333 nəfərə yüksəlib
Fins.az - Venesuelada baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 4333 nəfərə çatıb.
Məlumata görə, bunu ölkə parlamentinin sədri Xorxe Rodriges “Venezolana de Television” telekanalına açıqlamasında bildirib.
Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 16 min 740 nəfər xəsarət alıb. Axtarış-xilasetmə və zərərçəkənlərə yardım işləri davam etdirilir.