Venesuelada neft hasilatı 1,2 milyon barelə çatıb

Venesuelada neft hasilatı 1,2 milyon barelə çatıb

DÜNYA
353

Fins.az - PDVSA ölkədə gündəlik neft hasilatının 1,2 milyon barelə çatdığını açıqlayıb.

Məlumatı ölkənin icra səlahiyyətlərini yerinə yetirən vitse-prezidenti Delcy Rodríguez təsdiqləyib. O bildirib ki, cari göstərici ilin sonuna qədər 1,4 milyon barel/sutkaya çatdırıla bilər.

Rəsmi açıqlamada qeyd olunur ki, hasilatın artmasında neft sənayesində çalışan əməkdaşların fəaliyyəti və beynəlxalq şirkətlərlə imzalanan yeni əməkdaşlıq sazişləri mühüm rol oynayıb.

Son aylarda PDVSA BP, Shell, Eni, Repsol və Chevron kimi iri enerji şirkətləri ilə birgə layihələr üzrə razılaşmalar imzalayıb.

Analitiklər hesab edir ki, bu artım Venesuela neft sektorunda sanksiyalardan sonrakı mərhələdə tədrici bərpa tendensiyasını göstərir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Venesuelada neft hasilatı 1,2 milyon barelə çatıb — Fins.az — Fins.az