Venesuelada əfv qanunundan sonra yüzlərlə məhbus azad edilib

Venesuelada əfv qanunundan sonra yüzlərlə məhbus azad edilib

DÜNYA
225

Fins.az - Venesuelada fevral ayında qüvvəyə minən əfv qanunundan sonra 395 məhbus azadlığa buraxılıb.

Bu barədə Venesuelanın müvəqqəti prezidenti Delcy Rodríguez “Venezolana de Televisión” telekanalına açıqlamasında məlumat verib.

Rodrigezin sözlərinə görə, yaxın saatlarda azad edilənlərin sayının 500-ü keçəcəyi gözlənilir.

O bildirib ki, əfv qanununun tətbiqi nəticəsində ümumilikdə 8426 vətəndaşa tam hüquqi azadlıq verilib və onlara qarşı irəli sürülmüş ittihamlar ləğv olunub.

Həmçinin qeyd olunub ki, qanun qüvvəyə minməzdən əvvəl də 885 nəfər cinayət məsuliyyətindən azad edilmişdi.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Venesuelada əfv qanunundan sonra yüzlərlə məhbus azad edilib — Fins.az — Fins.az