
Venesuela ABŞ investorlarını ölkəyə qayıtmağa dəvət edib
Fins.az - Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges ABŞ investorlarını ölkəyə qayıtmağa çağırıb.
O bildirib ki, Venesuela qanunları investorların sərmayələrinin təhlükəsiz şəkildə qorunmasına imkan verir və investisiya mühiti sabitdir. Rodriges vurğulayıb ki, investorlar siyasi dəyişikliklərdən asılı olmayaraq öz sərmayələrinin qorunacağına əmin olmalıdırlar.
Onun sözlərinə görə, cari ilin əvvəlindən ABŞ, Yaxın Şərq, Asiya, Afrika və Avropadan olan 120 enerji şirkətinin nümayəndələri ilə görüşlər keçirilib. Bu addım ölkəyə xarici sərmayənin cəlb olunmasını gücləndirməyə yönəlib.