Vahid Ələkbərov: OPEC + məhdudiyyətlərinə baxmayaraq LUKOIL gəlir əldə edəcək

Vahid Ələkbərov: OPEC + məhdudiyyətlərinə baxmayaraq LUKOIL gəlir əldə edəcək

DÜNYA
600

 LUKOIL prezidenti Vahid Ələkbərov, OPEC + müqaviləsi çərçivəsində neft hasilatı ilə əlaqədar məhdudiyyətlərə baxmayaraq şirkətin yaxın illərdə gəlirli olacağını gözləyir.

Fins.az xəbər verir ki, Ələkbərov çərşənbə axşamı Permdə jurnalistlərə verdiyi açıqlamada,bildirib ki, önümüzdəki illərdə OPEC + çərçivəsində qurduğumuz neft məhdudiyyətlərinə baxmayaraq qazanclı olacağımıza ümid edirik.

LUKOIL-un neft hasilatını 13%nisbətində məhdudlaşdırdığını xatırladaraq Permdə  jurnalistlərinə verdiyi müsahibədə Ələkbərov şirkətin koronavirus pandemiyası dövrünü çox yaxşı nəticələrlə keçdiyini də deyib.

O qeyd edib ki, 90-cı illərdə və 2008, 2009, 2014-cü illərdə böhran vəziyyətlərindən çıxmaq təcrübəmiz var. Və bizim üçün 2020 bir növ kəşf deyildi, bu səbəbdən şirkət ilin ilk yarısını mənfəətlə başa vurub.

Ələkbərovun sözlərinə görə, üçüncü rübdə benzin satışları keçən ilin üçüncü rübünə nisbətən 3% artıb.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vahid Ələkbərov: OPEC + məhdudiyyətlərinə baxmayaraq LUKOIL gəlir əldə edəcək — Fins.az — Fins.az