ÜST tütün məmulatlarına olan məhdudiyyətlərin uşaqların smartfondan istifadəsində də tətbiqini təklif edib

ÜST tütün məmulatlarına olan məhdudiyyətlərin uşaqların smartfondan istifadəsində də tətbiqini təklif edib

DÜNYA
211

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti tütün məmulatlarına olan məhdudiyyətlərin uşaqların smartfondan istifadəsində də tətbiq edilməsini təklif edib. 
 

Finss.az xəbər verir ki, təşkilatın Avropa ofisinin Siyasət və səhiyyə sistemləri şöbəsinin direktoru Nataşa Azzopardi-Muskat “Politico” nəşrinə müsahibəsində gənc nəslin psixi sağlamlığını qorumaq üçün rəqəmsal cihazlara çıxışın tənzimlənməsinin vacibliyini vurğulayıb.

ÜST-ün nümayəndəsi müəyyən yerlərdə rəqəmsal cihazların istifadəsinin məhdudlaşdırılmasının nəzərdən keçirilməsini, bu məsələnin ictimai yerlərdə siqaret çəkməyin qadağan edilməsi ilə paralel aparılmasını təklif edib. 

Mütəxəssis uşaq və yeniyetmələrə rəqəmsal dünya ilə düzgün qarşılıqlı əlaqənin öyrədilməsinin vacibliyini vurğulayıb və əlavə edib ki, azyaşlıların internet məkanında vaxt keçirməsi nəzarət altında olmalıdır.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ÜST tütün məmulatlarına olan məhdudiyyətlərin uşaqların smartfondan istifadəsində də tətbiqini təklif edib — Fins.az — Fins.az