United Airlines bort bələdçilərinin maaşını 6 ildən sonra artıracaq

United Airlines bort bələdçilərinin maaşını 6 ildən sonra artıracaq

DÜNYA
486

Fins.az - ABŞ-ın United Airlines şirkəti və AFA-CWA həmkarlar ittifaqı bort bələdçilərinin əmək şərtlərinə dair beşillik ilkin razılıq əldə ediblər.

Razılaşmaya əsasən, təxminən 6 ildən sonra ilk dəfə olaraq maaşlar artırılacaq. Artım dərhal başlayacaq və müqavilənin sonuna qədər saatlıq əməkhaqqı sənaye üzrə maksimum hesab olunan 100 dollara çatacaq.

Bundan əlavə, stüard və stüardessalara sərnişinlərin təyyarəyə minməsi zamanı keçən vaxt da ödəniləcək və ümumi məbləği 740 milyon dollar olan birdəfəlik bonus veriləcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
United Airlines bort bələdçilərinin maaşını 6 ildən sonra artıracaq — Fins.az — Fins.az