
UNICEF: Əfqanıstan 25 mindən çox qadın müəllim və səhiyyə işçisini itirə bilər
Fins.az - BMT-nin Uşaq Fondu (UNICEF) xəbərdarlıq edib ki, Əfqanıstanda qızların təhsili və qadınların əmək bazarına çıxışı ilə bağlı məhdudiyyətlər ciddi kadr çatışmazlığı yarada bilər.
Qurumun məlumatına görə, mövcud vəziyyət davam edərsə, 2030-cu ilə qədər ölkədə 25 mindən çox qadın müəllim və səhiyyə işçisinin çatışmazlığı yaranacaq.
UNICEF bildirir ki, bu böhran təkcə təhsil və səhiyyə xidmətlərinə çıxışı zəiflətmir, həm də ölkə iqtisadiyyatına və əsas sosial xidmətlərin fəaliyyətinə mənfi təsir göstərir.
“Hesabatda qeyd olunur ki, 2023–2025-ci illər arasında dövlət sektorunda qadınların payı 21 faizdən 17,7 faizə düşüb. Bu tendensiya davam edərsə, uzunmüddətli nəticələr daha ciddi ola bilər.”
Təşkilat qadınların təhsil və iş imkanlarının genişləndirilməsinin ölkənin sabitliyi və inkişafı üçün həlledici olduğunu vurğulayıb.