Ultra emal olunmuş qidalar vaxtından əvvəl ölüm riskini artıra bilər

Ultra emal olunmuş qidalar vaxtından əvvəl ölüm riskini artıra bilər

DÜNYA
419

Fins.az - Avropa Kardioloqlar Cəmiyyətinin mütəxəssisləri ultra emal olunmuş qidaların sağlamlığa ciddi mənfi təsir göstərdiyini bildiriblər. Araşdırmanın nəticələri kardiologiya sahəsində aparılan geniş təhlillərə əsaslanır və European Heart Journal jurnalında dərc olunub.

Tədqiqatda yüksək dərəcədə emal olunmuş, tərkibində çoxlu əlavə maddələr, şəkər, duz və emal yağları olan məhsulların təsiri analiz edilib. Bu kateqoriyaya şirin qəlyanaltılar, kolbasa məhsulları, yarımfabrikatlar və qazlı içkilər daxildir.

Nəticələrə görə, belə qidaları daha çox istehlak edən insanlarda:

  • ürək-damar xəstəlikləri riski 19% artır,

  • qulaqcıqların fibrilyasiyası riski 13% yüksəlir,

  • ürək xəstəliklərindən ölüm ehtimalı isə 65%-ə qədər arta bilər.

Bundan əlavə, bu məhsulların piylənmə, 2-ci tip diabet və yüksək qan təzyiqi kimi problemlərlə də sıx əlaqəsi olduğu qeyd edilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ultra emal olunmuş qidalar vaxtından əvvəl ölüm riskini artıra bilər — Fins.az — Fins.az