Ukraynanın dörd vilayətində keçirilən referendumun nəticələri açıqlanıb

Ukraynanın dörd vilayətində keçirilən referendumun nəticələri açıqlanıb

DÜNYA
1,215

Ukraynanın dörd vilayətinin - Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərinin gələcəyi ilə bağlı “referendum”un yekun nəticələri açıqlanıb.

“Bütün regionlarda yüksək fəallıq təmin edilib, səslərin 100%-i hesablandıqdan sonra seçicilərin Rusiya Federasiyasına birləşməyə dəstəyi azı 87% təşkil edib”.

Həmçinin, bütün bu regionlarda “referendumlar” etibarlı sayılıb.

Sentyabrın 28-də Rusiya prezidenti Vladimir Putinə bu regionların ölkəyə birləşdirilməsi məsələsinə baxılması xahişi ilə rəsmi müraciətlər gözlənilir.

Sentyabrın 23-dən 27-dək adı çəkilən ərazilərdə Ukraynanın tərkibindən çıxmaq və Rusiya Federasiyasına subyekt kimi daxil olmaq məsələsi ilə bağlı “referendumlar” keçirilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ukraynanın dörd vilayətində keçirilən referendumun nəticələri açıqlanıb — Fins.az — Fins.az