
Ukrayna böyük Aİ krediti fonunda donor təzyiqləri ilə üzləşir
Fins.az - Avropa İttifaqı Ukrayna üçün 90 milyard avroluq kredit paketini təsdiqlədikdən sonra Kiyevin donor ölkələrin təzyiqi ilə üzləşdiyi bildirilir.
“Berliner Zeitung” qəzetinin məlumatına görə, Avropa maliyyə mənbələrindən yüksək asılılıq Ukrayna hakimiyyətinə əlavə siyasi və iqtisadi öhdəliklər yaradır.
Məqalədə qeyd olunur ki, Brüsselin ayırdığı vəsaitlər ölkənin bütün maliyyə ehtiyaclarını tam qarşılamır və Ukraynanın büdcə kəsiri ilkin proqnozlardan daha yüksək səviyyəyə çatıb.
Eyni zamanda ABŞ-nin maliyyə dəstəyində ehtiyatlı mövqe sərgiləməsi və Avropa İttifaqının artan rolu fonunda Kiyevin iqtisadi vəziyyətinin daha da mürəkkəbləşə biləcəyi vurğulanır.