
Türkiyənin Rusiya ilə yeni iqtisadi razılaşmalarına ABŞ-dan ilk reaksiya
Türkiyənin Rusiya ilə iqtisadi sahədə yaxınlaşdığını göstərən yeni anlaşmalarla bağlı ABŞ Dövlət Departamenti xüsusi açıqlamalar verib.
"Fins.az" xəbər verir ki,nazirlik hadisələri yaxından izlədiklərini və Türkiyədə qanunsuz Rusiya pullarının olduğuna dair heç bir dəlil olmadığını bildirib.
ABŞ Dövlət Departamenti Bloomberg HT-nin prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin Soçi görüşü və əldə olunan razılaşmalarla bağlı suallarına yazılı cavab verib.
“Xatırlatmaq istərdik ki, Türkiyə Rusiyanın təcavüzü qarşısında Ukraynanın suverenliyi və ərazi bütövlüyünə güclü dəstəyini ifadə edib və prezident Ərdoğan Rusiyanın hərəkətini “qəbuledilməz” adlandırıb”, - ABŞ Dövlət Departamentinin bəyanatında deyilir.
Türkiyəni Rusiyanın qeyri-qanuni varlıqları və ya əməliyyatları üçün etibarlı sığınacaq olmamağa da çağırdıqlarını ifadə edən ABŞ Dövlət Departamenti, “Məlumatları diqqətlə izləyirik və bu günə qədər Türkiyədə qeyri-qanuni rus pullarına dair heç bir dəlil görünmür. "