Türkiyənin qərbində zəlzələ olub

Türkiyənin qərbində zəlzələ olub

DÜNYA
233

Türkiyənin qərbindəki Afyonkarahisar şəhərinin mərkəzində 4,4 maqnitudalı (Mw) zəlzələ olub.

Fins.az xəbər verir ki, bu barədə ölkənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) bildirib.

Yerli vaxtla 06:24-də qeydə alınmış yeraltı təkanların ocağı 6,99 km dərinlikdə yerləşib. Cəmi altı dəqiqə sonra 3,5 maqnitudada afterşok qeydə alınıb. 

Eyni zamanda, ölkənin Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Seysmoloji Araşdırma İnstitutu təbiət hadisəsinin şkalasını 4,5 maqnitudada ölçüb.

Kaira Agayeva 

Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyənin qərbində zəlzələ olub — Fins.az — Fins.az