
Türkiyənin 5 regionunda güclü yağışlara görə sarı xəbərdarlıq elan edilib
Fins.az - Türkiyənin Qara dəniz bölgəsində güclü yağışların davam edəcəyi proqnozlaşdırılır. Bununla əlaqədar Ordu, Giresun, Trabzon, Rize və Artvin regionlarında sarı xəbərdarlıq elan olunub.
Səlahiyyətli qurumlar həmin ərazilərdə yaşayan vətəndaşlara əlverişsiz hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları və zəruri təhlükəsizlik tədbirləri görmələri barədə xəbərdarlıq ediblər.