
Türkiyədə süni intellektə güvənən şəxs sahildə tapdığı dronu evinə aparıb
Fins.az - Türkiyənin Sakarya vilayətində yaşayan 61 yaşlı Ali Çabuk sahildə tapdığı ehtimal olunan hərbi dronu avtomobilinə yükləyərək evinə aparıb, daha sonra isə bu barədə jandarmaya məlumat verib.
Hadisə Türkiyə hakimiyyətinin Qara dəniz sahillərində aşkar edilən dronların partlayıcı maddə daşıya biləcəyi barədə xəbərdarlıqlarına baxmayaraq baş verib. Məlumata görə, Ali Çabuk qərarını süni intellektdən aldığı məlumata əsasən verdiyini bildirib.
Təhlükəsizlik qüvvələri Karasu rayonunda yerləşən evi dərhal mühasirəyə alıb. İlkin araşdırmalardan sonra dron müsadirə edilərək ekspertiza üçün müvafiq qurumlara təhvil verilib. Hadisə ilə bağlı araşdırma davam etdirilir.