
Türkiyədə inflyasiya son 24 ilin ən yüksək həddə çatıb
Türkiyə Statistika Təşkilatı (TÜİK) iyul ayı üzrə istehlakçı və istehsalçı qiymətləri indekslərini açıqlayıb.
"Fins.az" xəbər verir ki, illik inflyasiya 79,6% aylıq inflyasiya 2,37% təşkil edib. Məlumatlar göstərirdi ki, illik inflyasiyanın artım silsiləsi 14-cü aya çatıb.İyulda istehlak qiymətləri əvvəlki ilin eyni dövrünə görə yüzdə 79,60 artıb.
Beləliklə, illik istehlak inflyasiyası 1998-ci ildən bəri ən yüksək həddə çatıb.
TÜİK məlumatlarına görə, iyul ayında aylıq qiymət artımı yüzdə 2,37 olub. Baza inflyasiya göstəricisi 61,69%-ə yüksəlib.