
Türkiyə zəlzələdən zərər çəkən Venesuelaya xilasedicilər göndərib
Fins.az - Türkiyənin Venesuelada zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə göndərdiyi humanitar yardım və xilasedici heyət paytaxt Karakasa çatıb.
Məlumata görə, yardım qrupunun tərkibinə 45 xilasedici, 4 axtarış-xilasetmə iti, 2 xüsusi nəqliyyat vasitəsi və 20 hərbi qulluqçu daxildir.
Xatırladaq ki, bundan əvvəl ABŞ, Meksika və Almaniya da Venesuelaya axtarış-xilasetmə qrupları və humanitar yardım göndəriblər.
Beynəlxalq yardım missiyaları ölkədə baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması və zərərçəkənlərə dəstəyin göstərilməsi məqsədi daşıyır.