
Türkiyə şəhərsalma layihəsi üçün 191,5 milyon avro maliyyə cəlb edib
Fins.az - Türkiyə “Yaşıl şəhərlər və gələcəyin şəhərləri” layihəsi çərçivəsində şəhərsalma sahəsinə 191,5 milyon avro maliyyə vəsaiti cəlb edib.
Məlumata görə, bu qərar Dünya Bankı tərəfindən qəbul olunub və BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Türkiyənin şəhərsalma prioritetlərinin açıqlanması ilə əlaqələndirilir.
Layihə dövlət zəmanəti ilə həyata keçirilən borclanma hesabına maliyyələşdirilir və Türkiyə bələdiyyələrinin dayanıqlı şəhər nəqliyyatı, su təchizatı və çirkab sularının təmizlənməsi kimi sahələrə investisiyalarını artırmasına imkan yaradacaq.