Türkiyə millisi son yoxlama matçında Venesuelanı məğlub edib

Türkiyə millisi son yoxlama matçında Venesuelanı məğlub edib

DÜNYA
192

Fins.az - Futbol üzrə Türkiyə yığması dünya çempionatı ərəfəsində keçirdiyi son sınaq görüşündə qələbə qazanıb.

“Ay-ulduzlular” Mayami şəhərində Venesuela yığması ilə qarşılaşıb və rəqibini 2:1 hesabı ilə məğlub edib.

Türkiyə yığmasının qollarını Barış Alper Yılmaz və Yunus Akgün vurublar.

Hər iki qolun məhsuldar ötürməsini Arda Gülər verib.

Venesuela yığmasının yeganə qolunu Qleyker Mendosa vurub.

Vinçenzo Montellanın rəhbərlik etdiyi Türkiyə yığması bununla dünya çempionatı öncəsi hazırlıq mərhələsini uğurla başa çatdırıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə millisi son yoxlama matçında Venesuelanı məğlub edib — Fins.az — Fins.az