Türkiyə 5G texnologiyasına keçidin astanasındadır

Türkiyə 5G texnologiyasına keçidin astanasındadır

DÜNYA
315

Fins.az - Martın 31-də Ankaradakı Prezident Kompleksində Türkiyədə beşinci nəsil simsiz mobil texnologiyasının (5G) tətbiqi rəsmi olaraq elan ediləcək. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

2026-cı il aprelin 1-dən 5G texnologiyasının tətbiqi başlayacaq. Bunun üçün ötən ilin oktyabrında aparılan tenderdə “Turkcell”, “Vodafone” və “Türk Telekom” şirkətləri iştirak edib və dövlət xəzinəsinə 3 milyard 534 milyon dollar vəsait daxil olub.

Yeni texnologiya mərhələli şəkildə bütün 81 əyalətdə istifadəyə veriləcək. Verilən 5G xidmət lisenziyaları 2042-ci il dekabrın 31-dək qüvvədə olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türkiyə 5G texnologiyasına keçidin astanasındadır — Fins.az — Fins.az