Türk qablaşdırma şirkəti Finlandiya şirkətinə satılıb.

Türk qablaşdırma şirkəti Finlandiya şirkətinə satılıb.

DÜNYA
435

Finlandiya qablaşdırma şirkəti Huhtamaki, Türk qablaşdırma istehsalçısı Elifi 412 milyon avroya satın alıb.Huhtamaki, qlobal istehlak malları markalarını tədarük edən və Türkiyə və Misirdə fəaliyyət göstərən qablaşdırma şirkəti Elif Holding -i satın almağa razılıq verib. 

Müqavilənin məbləği 412 milyon avro olarağı açıqlanıb. 2020 -ci ildə Elifin xalis satışları təxminən 163 milyon avro olub və şirkətdə təxminən 1500 işçi çalışır. Müqaviləyə əsasən, Elif Huhtamaki -nin çevik qablaşdırma işi seqmentinin bir hissəsi olacaq.

Satınalmanın maliyyələşdirilməsini dəstəkləmək üçün Huhtamaki, Citi ilə 500 milyon dollarlıq maliyyələşdirmə müqaviləsi imzaladı.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Türk qablaşdırma şirkəti Finlandiya şirkətinə satılıb. — Fins.az — Fins.az