Tunisdə qədim “əl-Qribə” sinaqoquna ziyarət yenidən keçiriləcək

Tunisdə qədim “əl-Qribə” sinaqoquna ziyarət yenidən keçiriləcək

DÜNYA
352

Fins.az - Tunisin Cərbə adasında yerləşən və Afrikanın ən qədim sinaqoqlarından biri sayılan “əl-Qribə” sinaqoquna ənənəvi yəhudi ziyarəti bu ilin aprel ayının sonunda yenidən bərpa olunacaq.

Ziyarət aprelin 30-dan mayın 6-dək davam edəcək və bu müddətdə sinaqoq həm yerli, həm də xarici zəvvarlar üçün açıq olacaq.

Son iki ildə regional gərginliklər, o cümlədən Qəzza zolağındakı müharibə və ölkədaxili narahatlıqlar səbəbindən ziyarətlər məhdud şəkildə təşkil olunurdu.

Ənənəvi mərasim hər il Avropa və ABŞ başda olmaqla müxtəlif ölkələrdən minlərlə zəvvarı cəlb edir. Tədbir çərçivəsində bir neçə gün davam edən dini ayinlər və mərasimlər keçirilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tunisdə qədim “əl-Qribə” sinaqoquna ziyarət yenidən keçiriləcək — Fins.az — Fins.az