Trampdan seçkilərlə bağlı növbəti qalmaqallı AÇIQLAMA

Trampdan seçkilərlə bağlı növbəti qalmaqallı AÇIQLAMA

DÜNYA
408

Bakı 05 yanvar 2021-ci il Fins.az

ABŞ Prezidenti Donald Tramp rəsmi məlumatlara görə məğlub olduğu səkkiz ştatda qələbə qazanmaq niyyətində olduğunu açıqlayıb.

Fins.az xəbər verir ki, o, bu barədə Corciya ştatında danışıb.

Tramp ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin onu lağa qoymasına, koronavirusa qarşı mübarizə aparmaq əvəzinə, seçkilərin nəticəsinə görə şikayətləndiyini deməsinə də münasibət bildirib.

“Demokratlar deyirlər ki, mən Corciya haqqında şikayət edirəm. Xeyr. Mən səkkiz ştatdan şikayət edirəm və onların hamısını qazanacağımı düşünürəm. Baxın, növbəti bir neçə həftədə nə olacaq, nə baş verəcək”, — Tramp deyib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Trampdan seçkilərlə bağlı növbəti qalmaqallı AÇIQLAMA — Fins.az — Fins.az