Tramp: "ABŞ gömrük rüsumlarından gündə 2 milyard dollar qazanır"

Tramp: "ABŞ gömrük rüsumlarından gündə 2 milyard dollar qazanır"

DÜNYA
487

Finss.az - ABŞ Prezidenti Donald Tramp gömrük rüsumlarının ölkə iqtisadiyyatına böyük töhfə verdiyini bildirib.

Çərşənbə axşamı Ağ Evdə çıxışı zamanı Tramp qeyd edib ki, Birləşmiş Ştatlar gömrük rüsumları vasitəsilə gündəlik olaraq təxminən 2 milyard dollar gəlir əldə edir.

“Biz gömrük rüsumları sayəsində demək olar ki, gündə 2 milyard dollar əldə edirik. İşlər çox yaxşı gedir”, – deyə Tramp vurğulayıb.

Prezidentin sözlərinə görə, bu gəlir səviyyəsi ABŞ tarixində indiyədək müşahidə edilməyib: “Bu səviyyədə pul axınını daha əvvəl heç vaxt görməmişdik.”

Xatırladaq ki, ötən həftə Tramp administrasiyası ABŞ-ın 185 xarici ticarət tərəfdaşına qarşı “qarşılıqlı” gömrük rüsumlarının tətbiq edildiyini elan edib. Yeni tədbirlər çərçivəsində minimal baza rüsumu 10% olaraq müəyyən edilib. Bununla belə, bir sıra ölkələr üçün rüsum dərəcələri ABŞ-ın həmin ölkələrlə olan ticarət balansındakı kəsirə əsasən fərdi qaydada hesablanacaq.

Yeni gömrük siyasətinin ABŞ iqtisadiyyatına və beynəlxalq ticarət münasibətlərinə necə təsir edəcəyi yaxın aylarda daha aydın olacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tramp: "ABŞ gömrük rüsumlarından gündə 2 milyard dollar qazanır" — Fins.az — Fins.az